Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib

23-02-2019, 11:18 Baxış: 71
Türkiyədə “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib
Türkiyənin "Haber Global” agentliyi tərəfindən "Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı bədii film çəkilib.
Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.
Filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.
Bədii filmin fevralın 26-da saat 12.30 və 20.30-da agentliyin səhifəsində nümayiş etdirilməsi planlaşdırılır.