Bakı C Temperatur

80

3m/s

  • USD1.7000
  • EUR1.9270
  • RUB0.0259
  • NEFT$68.49
^
XƏBƏR LENTİ

İsveçrə portalında “Sara xatun – Şərqdə ilk qadın diplomat” adlı yazı yerləşdirilib

12-03-2019, 07:28 Baxış: 17
İsveçrə portalında “Sara xatun – Şərqdə ilk qadın diplomat” adlı yazı yerləşdirilib
İsveçrənin www.zeitung.ch portalında "Sara xatun – Şərqdə ilk qadın diplomat” başlıqlı yazı yerləşdirilib.
Məqalədə bildirilir ki, 1919-cu ildə ilk müsəlman ölkəsi olaraq qadınlara seçki hüququ tanıyan Azərbaycan haqlı olaraq maariflənmə ənənəsi və qadınların ictimai həyatda oynadığı rol ilə fəxr edir.
Hələ 500 il bundan əvvəl Azərbaycan qadını siyasətdə aparıcı rol oynamış və dünyanın başqa ölkələri ilə müqayisədə əsrlər öncə öz ölkəsinin xarici siyasətində sanballı söz sahibi olmuşdur.
Qeyd edilir ki, Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin anası Sara xatun Şərqdə ilk qadın diplomat kimi tanınır.
O, Ağqoyunlu dövlətinin dövlət siyasətinin qurulmasında həm diplomat, həm də idarəedici şəxs kimi mühüm işlər görüb.
Öz müdrik məsləhətləri ilə oğluna yol göstərən Sara xatun Avropa ölkələrində də tanınır, Uzun Həsənin sarayına göndərilən elçilər, xüsusilə, Venesiya dövlətinin təmsilçiləri Sara xatunun qəbuluna düşməyə, onun rəğbətini qazanmağa çalışırdılar. Yazıda Sara xatunun qonşu dövlətlərlə münasibətlərin qurulması və inkişafı, müharibə və sülh dövründə düzgün qərarların verilməsi və dövlətin idarə edilməsində Ağqoyunlu hökmdarı Uzun Həsənə verdiyi dəstək tarixi faktlar əsasında sadalanır. Qeyd edilir ki, Sara xatunun malik olduğu yüksək intellekti sayəsində gərgin və həlledici anlarda düzgün və vaxtında qərarların verilməsi istedadı var idi.
O, hərbi uzaqgörənliyə sahib qüdrətli qadın və diplomat idi.
İsveçrə portalında “Sara xatun – Şərqdə ilk qadın diplomat” adlı yazı yerləşdirilib