Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Fransada Novruz bayramı qeyd edilib

16-03-2019, 08:13 Baxış: 79
Fransada Novruz bayramı qeyd edilib
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, Azərbaycan diasporunun nümayəndələri, fransalı qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev nəsildən-nəslə ötürülən Novruz bayramının həmrəylik, qardaşlıq, dostluq bayramı olduğunu və xalqımız üçün çətin dövrlərdə belə zamanın sınaqlarından keçən bu bayramın Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə rəssam Seyran İmanzadənin rəsmlərindən ibarət sərgi nümayiş olunub və zurnada xalq havaları səsləndirilib.