Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

28-05-2019, 11:03 Baxış: 546
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə xalqımızı təbrik edib.
Birinci xanım bu barədə sosial media hesabında qeyd edib: "Əziz həmvətənlər, Sizi Respublika Günü münasibətilə təbrik edirəm! 101 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman aləmində ilk demokratik respublika elan olunub.
Azərbaycanın çoxəsrlik tarixə malik dövlətçilik ideyaları yeni, mütərəqqi formada dirçəlib.
AXC-nin qısa, lakin parlaq taleyi bizim milli mənlik şüurumuzda dərin iz qoyub. Onun ideyaları, onun irsi bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil edib.