Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

“Little YARAT” və “Little Master” layihələrinin yekun sərgisi açılacaq

17-07-2019, 09:40 Baxış: 48
“Little YARAT” və “Little Master” layihələrinin yekun sərgisi açılacaq
"YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə "Little YARAT” və "Little Master” layihələrinin növbəti yarımillik fəaliyyətinin yekun sərgisi açılacaq.
Balaca fırça ustaları rəssamlar Babi Bədəlov və Vaciko Çaçxianinin əsərlərindən, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində isə Əşrəf Muradın "Sevgi və etiraz” sərgisindən ilhamlanaraq müxtəlif ustadların rəhbərliyi ilə çoxsaylı əsərlər yaradıblar. Ziyarətçilər "YARAT” Müasir İncəsənət Mərkəzi və XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində hər iki layihənin növbəti yarımillik fəaliyyətinin yekun sərgisini izləməklə yanaşı, həm də maraqlı və əyləncəli proqramda iştirak edə biləcəklər.