Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

Gənclər Fondu tərəfindən “Digital Youth Hub” layihəsinə start verilib

29-08-2019, 14:18 Baxış: 40
Gənclər Fondu tərəfindən “Digital Youth Hub” layihəsinə start verilib
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən "Digital Youth Hub” layihəsinə start verilib.
Fonddan bildiriblər ki, layihə çərçivəsində rəqəmsal marketinqə həvəsi və bacarığı olan gəncləri üç ay davam edəcək möhtəşəm marafon gözləyir. Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı və Bakı Gənclər Mərkəzinin tərəfdaşlığı ilə reallaşdırılacaq layihə ərzində iştirakçılara rəqəmsal marketinqlə bağlı peşəkarlar tərəfindən təlimlər keçirilərək. İştirakçıların bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulub. Təlimləri uğurla başa vuran namizədlər ölkənin aparıcı dövlət və biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcək və sonda öyrəndikləri əsasında rəqəmsal kampaniyalar təşkil olunacaq. Gənclərin öyrəndiklərini real iş şəraitində tətbiq etməyə imkanı yaranacaq. "Digital Youth Hub” layihəsi gənclərin rəqəmsal marketinq sahəsində ixtisaslaşması üçün öz töhfəsini verəcək. İştirakçılar qeydiyyat və müsahibə mərhələlərinin nəticələrinə əsasən seçiləcək. Proqramda 18-29 yaşlı, ali təhsilli və ya hazırda təhsil alan 50 gənc iştirak etmək imkanı qazanacaq. Layihədə iştirak ödənişsizdir. Müraciət etmək üçün https://digiyouth.az/qeydiyyat/ linkinə daxil olaraq qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat üçün son tarix bu il sentyabrın 10-dur.
Qeyd edək ki, Gənclər Fondunun tabeliyində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzi gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək olaraq karyeralarının planlaşdırılmasına istiqamət vermək, onları iş dünyasına hazırlamaq məqsədilə fəaliyyət göstərir. Mərkəz gənclərin məşğulluq problemlərinin həlli istiqamətində müxtəlif tədbirlər, təlim və seminarlar təşkil edir.