Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıb - VIDEO

2-09-2019, 09:16 Baxış: 47
“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıb - VIDEO
"Nobel qardaşlarının ilk uğuru” filmi İtaliyada keçirilən "Cinema Povero” Beynəlxalq Festivalının finalına vəsiqə qazanıb.
Bu barədə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
O qeyd edib ki, "SSP Production” tərəfindən istehsal olunmuş "Nobel qardaşlarının ilk uğuru” sənədli filmi "Cinema Povero” Beynəlxalq Festivalında ən yaxşı sənədlər kateqoriyası üzrə finala vəsiqə qazanıb.
"Sentyabrın 20-də ekran əsəri digər ölkələrin filmləri ilə birincilik uğrunda mübarizəyə başlayacaq. Əgər müsabiqənin şərtlərinə uyğun olaraq yüksək formatda görüntü təqdim edə bilsək, inanıram ki, yüksək yer tutacağıq”, - deyə o bildirib. "Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək.
Ekran əsərinin çəkilişləri bu ilin martında başa çatıb.
Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur.
Mətni Eldost Bayram oxuyub.