Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub

21-10-2019, 08:51 Baxış: 19
Heydər Əliyev Mərkəzinin parkında Müstəqillik Günü münasibətilə konsert olub
Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konsert olub.
Bir çox tanınınmış şəxslər, ziyalılar, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Konsert "Natiq” ritm qrupu və "Mirvari” rəqs qrupunun birgə təqdimatında "Qarabağ” kompozisiyası ilə başlayıb.
Sonra Azərbaycanın estrada ulduzları Murad Arif, Röya və Miri Yusif çıxış edib, məşhur mahnılarını səsləndiriblər.
Musiqili gecədə, həmçinin Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Elman, Ellai, BahhTee konsertdə xüsusi qonaq qismində iştirak edərək, populyar kompozisiyalarını ifa ediblər. Sonra müğənni-bəstəkar, Azərbaycanın Xalq artisti EMİN çıxış edib.
O, repertuarından bir sıra məşhur mahnılarını ifa edib.
EMİN Azərbaycana həsr olunan mahnısını isə konsertdə iştirak edən digər sənətçilər və tamaşaçılarla birlikdə oxuyub. Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan bayram konsertində Azərbaycan bayrağı dalğalandıran minlərlə insan iştirak edib.