Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Azərbaycanın Xalq artisti Murad Hüseynov yenidən Fransanın “Mezzo” kanalında çıxış edəcək

24-10-2019, 16:53 Baxış: 21
Azərbaycanın Xalq artisti Murad Hüseynov yenidən Fransanın “Mezzo” kanalında çıxış edəcək
Fransanın "Mezzo” klassik musiqi televiziya kanalında Azərbaycanın Xalq artisti Murad Hüseynovun ifaları yenidən təqdim olunacaq.
Kanalın "facebook” səhifəsi xəbər verir ki, "Payız sonatası” adlı konsertlə bağlı telekanal artıq bir aydır öz efirində anonslar təqdim edir.
 
Diqqətə çatdırmaq istərdik ki, Murad Hüseynov Fransanın məşhur "Mezzo" telekanalında çıxış edən ilk azərbaycanlı musiqiçidir. Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə "Mezzo” televiziya kanalında bəstəkarın musiqilərinə həsr edilmiş verilişdə ilk dəfə çıxış edən ifaçı ürəkləri fəth edib. Beynəlxalq müsabiqələr laureatı pianoçu Murad Hüseynov dünya şöhrətli violin ifaçısı Vadim Repin ilə birlikdə bəstəkarın sonatasını və fortepiano üçün yazılmış 24 prelüdünü səsləndirib.
 
Layihə Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə reallaşıb.
İfa "Mezzo” klassik musiqi kanalında artıq 40 dəfədən çox yayımlanıb və klassik musiqisevərlər tərəfindən rəğbətlə qarşılanıb. İfa dünya klassik musiqi pərəstişkarları tərəfindən böyük maraqla qarşılandığından kanal layihəni il ərzində bir neçə dəfə təkrarlamalı olub. Bu hadisə Azərbaycan ifaçılıq məktəbi üçün böyük uğurdur.
 
Dünyada ən çox baxılan və məşhur klassik musiqi kanallarından olan "Mezzo”da ilk dəfə Azərbaycan bəstəkarının əsərlərinin tanınmış azərbaycanlı və rusiyalı ifaçıları tərəfindən səslənməsi musiqi mədəniyyəti tariximizin səhifələrinə fəxrlə yazılacaq hadisələrdəndir.
 
Qeyd edək ki, Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə tanınmış violin ifaçısı Maxim Vengerovun ifasında dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı da yaxın günlərdə telekanal vasitəsilə yayımlanacaq.