Bakı 11° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8868
  • RUB0.0266
  • NEFT$62.54
^
XƏBƏR LENTİ

Parisdə “Aras” ansamblının konserti olub

4-11-2019, 09:04 Baxış: 17
Parisdə “Aras” ansamblının konserti olub
Parisin 11-ci rayonunda yerləşən "Cafe de la danse” konsert zalında tanınmış kamança ustası İmamyar Həsənov və müğənni Hengameh Bertschinin birgə yaratdığı "Aras” ansamblının konserti olub.
 İmamyar Həsənov kamançada "Yaşa Azərbaycan” mahnısını, Etibar Əsədli isə pianoda öz bəstəsi "İttihaf”ı səsləndirib. Mənşəcə iranlı olan müğənni H.Bertschi "Lay-lay”, "Aman ayrılıq” kimi Azərbaycan mahnılarını ifa edib.
Konsertin proqramı ansamblın rəhbəri İmamyar Həsənov tərəfindən tərtib edilib. Azərbaycan, ərəb, fars və digər dillərdə ifa olunan mahnıları tanınmış kamançaçı İ.Həsənov aranjeman edib.
Musiqilər Azərbaycan muğamı və xalq mahnıları üzərində qurulub.
Qeyd edək ki, "Aras” ansamblı bu il və ansamblın ilk konsertləri İsveç və İsveçrədə olub.
Ansambla Azərbaycan və İranı birləşdirən Araz çayının adı verilib.
Konsertdə İmamyar Həsənov və Hengameh Bertschini Etibar Əsədli (piano), Reza Samani (zərb aləti), Elen Bomon (kontrabas) müşayiət ediblər.