Prezident İlham Əliyev Dəmir Yolu Muzeyi ilə tanış oldu.
Məlumat verildi ki, Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu sahəsinin təntənəli açılışı 1926-cı il iyulun 6-da olub.
Muzeydə ölkəmizin dəmir yolu sahəsinin inkişaf mərhələlərinə aid müxtəlif maraqlı eksponatlar sərgilənir.
Köhnə Sabunçu Vağzalının binasında yerləşən muzeydə XIX əsrdə dəmir yolunun yaranması tarixini əks etdirən foto və video materiallar, dəmir yolu və qatar modelləri yer alır.
Muzeydə XX əsrdə dəmir yolunda gedən inkişaf proseslərinin müxtəlif sahələrinə aid eksponatlar, dəmir yolu qatarlarının modelləri nümayiş olunur.
Burada, eyni zamanda, bədii və sənədli filmlərin nümayişi də nəzərdə tutulur.
Zaqafqaziya dəmir yolunun tarixi xəritəsi də muzeyin nadir eksponatlarındandır.