Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Dövlət rəsmilərimiz Rusiyada anım mərasimində

25-11-2019, 12:30 Baxış: 45
Dövlət rəsmilərimiz Rusiyada anım mərasimində
Noyabrın 24-də Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikasında Böyük Vətən müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş azərbaycanlılardan ibarət 223-cü atıcı diviziyanın tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimi keçirilib.
 
 Azərbaycan nümayəndə heyəti Mozdokda keçirilən anım mərasimində iştirak edib. Anım tədbirində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Baş nazirin müavini Şahin Mustafayev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və digər natiqlər çıxış edərək Böyük Vətən müharibəsində Qələbənin qazanılmasında xalqımızın rolundan danışıblar.
 
Bildirilib ki, müharibə zamanı 223-cü diviziya böyük qəhrəmanlıq yolu keçib, düşmənə ağır zərbələr vurub. Müharibədə həyati əhəmiyyətli neft məhsullarının – benzinin 80 faizi, motor yağlarının 90 faizi məhz Azərbaycanın payına düşürdü.
 
Bu isə ölkəmizin Qələbənin qazanılmasında rolunun bariz nümunəsidir.