Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tanınmış türk aktyoru “Emmy” mükafatına layiq görülüb

26-11-2019, 11:55 Baxış: 16
Tanınmış türk aktyoru “Emmy” mükafatına layiq görülüb
Türkiyənin tanınmış teatr və kino aktyoru Haluk Bilginer "Emmy” mükafatına layiq görülüb.
Anadolu agentliyinə istinadla xəbər verir ki, tanınmış aktyor Nyu-Yorkda keçirilən 47-ci Beynəlxalq "Emmy” mükafatları mərasimində "Şəxsiyyət” televiziya seriyalında yaratdığı obraza görə "Ən yaxşı aktyor” nominasiyasının qalibi olub.
 
65 yaşlı Haluk Bilginer jurnalistlərə müsahibəsində deyib: "Mən bu mükafatın özümdən çox, Türkiyəyə verilməsindən xoşbəxtəm. Sevgi və böyük həvəslə ərsəyə gətirdiyimiz filmin beynəlxalq platformada bəyənilməsi və mükafatlandırılması məni hədsiz dərəcədə sevindirib”.
 
Bilginer teleseriyalda Altsheymer xəstəliyi nəticəsində yaddaşını itirmiş insan obrazını canlandırıb. Türkiyədə və bütün dünyada maraqla baxılan bu ekran əsəri Internet Movie Database (IMDb) məlumat bazasında yüksək reytinq qazanıb.