Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Türkiyənin məşhur rok ifaçısının Bakıdakı konserti xeyriyyə məqsədi daşıyır

4-12-2019, 17:37 Baxış: 12
Türkiyənin məşhur rok ifaçısının Bakıdakı konserti xeyriyyə məqsədi daşıyır
Dekabrın 7-də Bakıda "iTicket.az”, "Nargis” Fondu, "A+A events” və "Elektra Events Hall” dəstəyi və ortaq təşkilatçılığı ilə Türkiyənin məşhur rok ifaçısı Halük Leventin solo konserti keçiriləcək.
 
"Nargis” Fondundan bildirilib ki, biletlərin satışından əldə olunan bütün gəlir limfoma xərçəngindən əziyyət çəkən Sura Nadirovanın müalicə xərclərinin qarşılanmasına yönləndiləcək. Azərbaycan Respublikasının vətəndaşı olan 22 yaşlı Sura Nadirova iki övlad anasıdır. Həyatını əvvəl və sonraya ayıran o xəbəri eşidən zaman Sura ikinci körpəsinin dünyaya gəlişinə hazırlaşırdı. Gənc xanımın analıq sevincini kədərə çevirən diaqnoz limfoma xərçəngi oldu. Şəfa tapmaq ümidi ilə o, ailəsi ilə birgə Türkiyəyə yola düşür. Ancaq ailənin məhdud maddi imkanları və müalicə üçün tələb olunan böyük məbləğ yaşam mübarizəsini mümkünsüz edir. Lakin Sura ümidini itirmir və ailəsi Halük Leventin fonduna müraciət edir. Halük Levent Türkiyənin ən məşhur rok ifaçılarından biri, bəstəkar və xeyriyyəçidir. Gənc ananın fəryadına dərhal diqqət yetirən tanınmış ifaçı, sıx konsert cədvəlinə baxmayaraq, Bakıda xeyriyyə konsertinin təşkil olunması arzusunda olduğunu bildirdi. Halük Levent şəxsi "Twitter” hesabında qardaş millətə müraciət edərək birliyə və Suranın xilas olunması naminə hər kəsin dəstək olmasına çağırış etdi. Qeyd edək ki, hazırda gənc xanımın müalicəsi üçün tələb olunan məbləğ 400 min türk lirəsi təşkil edir (təqribən 117 000 AZN). Biletləri şəhərin bütün kassalarından və www.iticket.az saytından əldə edə bilərsiniz.