Bakı 14° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9813
  • RUB0,236
  • NEFT$85,25
^
XƏBƏR LENTİ

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

17-09-2021, 13:39 Baxış: 36
Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib
Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyini təqdim edib.
 
Bu barədə A.Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.
 
"Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım", - nazir vurğulayıb.