Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Günel Eyvazlı "Cadugər"i təqdim etdi

14-05-2016, 11:46 Baxış: 588
Günel Eyvazlı "Cadugər"i təqdim etdi
Azərbaycan Yazıçılar Birliyində kütləvi informasiya vasitələrinin, ziyalıların iştirakı ilə gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Günel Eyvazlının "AYB kitab” layihəsi çərçivəsində çap olunan "Cadugər” kitabının təqdimatı keçirilib.
Tezis.az bildirir ki, tədbiri AYB katibi Rəşad Məcid açaraq, öncə Günel Eyvazlını bugünlərdə "Ədəbiyyat qəzeti”nin "Əli bəy Hüseynzadə” mükafatına layiq görülməsi münasibətilə, həmçinin Azərbaycan Yazradıcılıq Fondunun təşkil etdiyi müsabiqənin qalibi olması münasibətilə təbrik edib: "Günel bizim zəhmətkeş gənclərimizdəndir. Ardıcıl şəkildə mətbuatda hekayə, esse və yazıları ilə görünür. O, yaradıcılıq fəaliyyəti ilə özünü təsdiq edən gənc yazarlarımız arasında xüsusilə seçilir”.
AYB katibi İlqar Fəhmi gənc yazarın ədəbiyyata gəlməsi haqqında məlumat verib. İlk kitabının baş redaktoru olmasını vurğulayıb. Həmçinin bu günlərdə aldığı mükafatlar münasibətilə təbrik edib.
Yazıçılar Birliyinin Mətbuat katibi, layihə rəhbəri Xəyal Rza da çıxış edərək kitabın ərsəyə gəmləsi haqqında fikir bildirdi və müəllifə uğurlar arzu etdi.
Tədbirdə yazıçılar Əyyub Qiyas, Kənan Hacı, Xəyal Şükür, tənqidçilər Cavanşir Yusifli, Vaqif Yusifli, şair İbrahim İlyaslı çıxış edərək yazarın ədəbi fəaliyyəti ilə bağlı düşüncələrini bölüşüblər.
Sonda Günel Eyvazlı oxucular üçün kitablarını imzalayıb.