Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Beyons "MTV Video Music Awards 2016" mükafatına layiq görülüb

29-08-2016, 09:36 Baxış: 334

Beyons "MTV Video Music Awards 2016" mükafatına layiq görülüb

"Formation" bəstəsinə çəkilmiş videoklip müğənni Beyonsa MTV telekanalının "Video Music Awards 2016" mükafatını qazandırıb.

Qalibə əlində MTV-nin bayrağını tutan astronavt fiqurlu "ay adamı" heykəlciyi təqdim olunub.

Bu ilin ən nüfuzlu videosu kateqoriyasında Beyonsla yanaşı Adelin "Hello", kanadalı rep ifaçısı Dreykin "Hotline Bling", Castin Biberin "Sorry" və amerikalı reper Kanye Uestin "Famous" bəstəsinə çəkilmiş videoklip təqdim olunub.

Beyons, həmçinin "Ən yaxşı video ifaçısı" nominasiyasında "Hold Up" videosuna görə mükafat alıb.

"MTV Video Music Awards 2016" illik mükafatı qaliblərinin elan olunması və mükafatlandırılması mərasimi bazar günü Nyu-Yorkun Medison-Skver-Qarden arenasında keçirilib.