Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Prezident xalq artisti adı verdi

19-09-2016, 18:17 Baxış: 468
Prezident xalq artisti adı verdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Qafarova Zemfira Həsən qızı Quliyeva Zəhraxanım Teymur qızı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
"Xalq artisti”
Şərifov Munis Məmməd İsmayıl oğlu
"Əməkdar incəsənət xadimi”
Kərimova Ülviyyə Oqtay qızı
Lalayev Əliqismət Hümmət oğlu
Səlimxanov Cahangir Talib oğlu
Yablonski Dmitri Albertoviç
"Əməkdar artist”
Abdullayev Nizami Ağabala oğlu
Bağırova Aybəniz Cavad qızı
Cəfərov Vasif Faiq oğlu
Növrəsli Nurlan Növrəs oğlu
"Əməkdar müəllim”
Manafov İkram Atabala oğlu
Orucova Məhin Əli qızı
"Əməkdar mədəniyyət işçisi”
Bədəlov Yanvar Piralı oğlu Həsənov Zaman Hüseyn oğlu Hüseynli Rauf Eyyub oğlu.