Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Manafova şok: çəkildi, “Əli və Nino”dan kəsilib atıldı

10-10-2016, 17:29 Baxış: 413

Manafova şok: çəkildi, “Əli və Nino”dan kəsilib atıldı

Uzun müddətdir intizarla gözlənilən "Əli və Nino” filminin təqdimatı zamanı tamaşaçılar sürprizlə qarşılaşıb. 

Əvvəlcədən epizodlarının yayılmasına və reklam çarxlarında olmasına rəğmən, Fəxrəddin Manafovun canlandırdığı obraz filmdə əks olunmayıb. Yaratdığı obrazları daim sevdirməyi bacaran F.Manafovun "Əli və Nino” filmindən montaj olunmasının səbəbi isə hər kəs üçün maraqlıdır. 

Tanınmış aktyor, xalq artisti F.Manafov açıqlamasında bunun kinematoqrafiyada tez-tez rast gəlinən adi hal olduğunu bildirib: 

"Kinoların elə bir xüsusiyyəti var ki, çox böyük bir epizod, hissə ixtisara uğraya bilir. Bu haqda daha ətraflı məlumatı "Əli və Nino” filminin rejissorlarından ala bilərsiniz”. 

Xatırladaq ki, Fəxrəddin Manafov Qurban Səidin "Əli və Nino” romanı əsasında çəkilən eyniadlı filmdə Zeynalabdin Tağıyev rolunu canlandırıb. 

Lakin filmin izləyicilərə təqdim olunan versiyasında xalq artistinin rol aldığı səhnə yoxdur. 

Filmin rejissoru "BAFTA” (Britaniya Film və Televiziya İncəsənəti Akademiyası) mükafatı laureatı Asif Kapadia, quruluşçu rejissoru Kris Tikyer, ssenari müəllifi Kristofer Hempton, icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.