Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Saakaşvili çadıra köçdü - FOTO

8-06-2016, 08:48 Baxış: 475
Saakaşvili çadıra köçdü - FOTO
 
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Odessa-Reni trassında təmir işləri bitənə kimi, o, yolun yaxınlığında çadırda işləyəcək.
 
Tezis.az rus mediasına istinadən xəbər verir ki, trassda quraşdırılan çadırın üzərində "Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti" yazılıb. Saakaşvili deyib: "Nə qədər lazım gələrsə, burada o qədər də olacam ki, bu yolun təmiri yekunlaşdırılsın", deyə Saakaşvili bildirib. O qeyd edib ki, işlərin intensivliyi və maliyyələşdirilməsindən narazıdır.

Xatırladaq ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2015-ci ilin may ayında o, Odessa vilayəti Dövlət Administrasiyasının başçısı təyin olunub. Bundan əvvəl prezident Petro Poroşenkonun fərmanı ilə Ukrayna vətəndaşlığı alıb.