Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Banka borca görə 2 nəfər özünü zəhərləyib - şok rəqəmlər

8-06-2016, 12:15 Baxış: 306
Banka borca görə 2 nəfər özünü zəhərləyib - şok rəqəmlər
"Banka borcu olduğu üçün krediti ödəyə bilməyən şəxslər arasında sirkə turşusu içərək özlərini zəhərləməyə çalışanlar olub”.
Tezis.az-ın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
Onun sözlərinə görə, fevral ayında sirkə turşusundan zəhərlənmələr qeydə alınıb ki, onlar banklara kredit borcu olanlardır: "Fevral ayında banklara borcu olan 6 nəfər sirkə turşusu zəhərlənməsi ilə xəstəxanaya müraciət edib. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Mart ayında eyni halla bağlı 8 nəfər müraciət edib. Aprel ayından isə belə müraciətlərin sayı azalıb. Aprel və may aylarında
banka borcu olan 4 nəfər sirkə turşusu içərək özünü zəhərləyib”.