Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9066
  • RUB0,0248
  • NEFT$38.41
^
XƏBƏR LENTİ

“Fermada Allahyarla cinsi əlaqədə olduğum vaxt arvadı gəldi”- CİNAYƏT İŞİ

14-06-2016, 21:08 Baxış: 2 756

“Fermada Allahyarla cinsi əlaqədə olduğum vaxt arvadı gəldi”- CİNAYƏT İŞİ 

Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1975-ci il təvəllüdlü Allahyar Əliyev və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Səmayə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Allahyar Əliyev Bakı şəhər sakini Mətanət Əhmədova (ad və soyad şərti verilib – H.Z) ilə tanış olub və onun etibarından sui-istifadə etməklə pulunu ələ keçirib. O, Mətanətə birgə təsərrüfat yaratmağı təklif edib və 8 aprel 2013-cü ildə Ağcabədi rayonunun Haramı düzündə onun üçün iribuynuzlu heyvan acağını vəd edib. Allahyar Əliyev bunu bəhanə edərək, Mətanət Əhmədovadan 2000 manat pul alıb. O, bundan sonra daha bir neçə dəfə qadından pul alıb. Allahyar Əhmədov ümumilikdə qadının 6650 manat pulunu ələ keçirib. 

Bundan başqa, Allahyar Əliyev həyat yoldaşı Səmayə Əliyeva ilə birlikdə də cinayət törədib. Hadisə belə baş verib. Allahyar Əliyev 7 aprel 2015-ci ildə, saat 24 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki evində Mətanət  ilə cinsi əlaqədə olub. Allahyarla Mətanətin cinsi əlaqədə olmasını Səmayə Əliyeva mobil telefon vasitəsilə lentə alıb. 

Allahyar həmin videonu mobil telefonlarda, sosial şəbəkələrdə yerləşdirərək Mətanəti rüsvay edəcəyini, arvadı Səmayə Əliyevanın ondan boşanmaq üçün məhkəməyə müraciət edən zaman Mətanətin adını çəkəcəyini deyib və hədə -qorxu gəlib. 

Bütün bunları etməmək üçün Allahyar Əliyev Mətanətdən 5000 manat pul tələb edib. Allahyar Əliyev 14 may 2015-ci ildə saat 19 radələrində həmin məbləğin bir hissəsini Mətanət Əhmədovadan alarkən Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Allahyar Əliyev Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmək), 182.2.1 və 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə Səmayə Əliyeva isə həmin məcəllənin 182.2.1 və 182.2.4-cü maddələri ilə ittiham edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Allahyar Əliyev 8 il, Səmayə Əliyeva isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Səmayə Əliyevanın barəsində olan hökmün icrası 26 iyun 2023-cü ilə kimi təxirə salınıb. Onun cəzasının təxirə salınmasına səbəb himayəsində azyaşlı uşağın olmasıdır.
Qeyd edək ki, cinayət işi üzrə adı şərti verilən qadının paytaxtda və bölgələrdə bizneslə məşğul olduğu bildirilir.  

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mətanət Əhmədova bildirib ki, 2011-ci ilin fevral ayında Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Habil Əliyevlə telefon vasitəsilə tanış olub, Habil ilə arasında yaxın münasibət yaranıb. 

"Allahyar mənə dost olmağı təklif etdi”

Mətanət Əhmədovanın sözlərinə görə, 6 avqust 2011-ci ildə Habilin dəvətinə əsasən, azyaşlı oğlu Zamiqlə birlikdə Ağcabədi şəhərinə gəlib: "Həmin vaxt Habil məni Xocavənd kəndində fermada yaşayan qardaşı Allahyarın çoban evinə qonaq apardı və  bir gecə onun evində qonaq qaldım. Orada Allahyarın ailəsi ilə tanış oldum. 2013-cü ilin mart ayında Habil haqqında məlumat almaq məqsədi ilə Allahyara zəng etdim. Allahyar Habilin onlarla da əlaqə saxlamadığını dedi. Allahyar mənimlə dost olduğunu, Habil olmasa belə, nə vaxt istəsəm onlara gəlib-gedə biləcəyimi söylədi. Bundan sonra Allahyarla telefon əlaqəsi yarandı. Allahyar tez-tez zəng edərək mənimlə və oğlum Zamiqlə maraqlandı. Allahyar mənə dost olmağı təklif etdi”.

"Fermada Allahyarla cinsi əlaqədə oldum” 

Zərərçəkmiş şəxsin sözlərinə görə, 2013-cü ilin mart ayının 22 və ya 23-də Allahyar ona zəng edərək mal bazarında olmasını, inək almaq istədiyini, mal saxlamağın gəlirli olduğunu deyib: "Allahyardan mənə inək almasını istədim. Aprelin 8-də Allahyarın yaşadığı fermaya gəldim. Allahyar fermadakı evində tək yaşayırdı. Bir gecə Allahyarla onun evində qaldım. Fermada olduğum gecə Allahyarla cinsi əlaqədə oldum”. 

Mətanət Əhmədovanın bildirdiyinə görə, aralarında olan razılaşmaya əsasən, birgə təsərrüfatla məşğul olmaq üçün Allahyara ona yanıbalalı inək alması üçün 2000 manat verib: "Allahyar həmin məbləğə yanında balası olan bir baş inək aldığını dedi. Ancaq həmin inəyi və balasını görmədim. 2013-cü ilin iyun ayında Allahyarla telefon əlaqəsi saxlayan zaman heyvanlara xəstəlik düşdüyünü, mənə aldığı inək və balasının öldüyünü dedi. Lakin nə inəyin, nə də ki balasının öldüyünü görməmişəm”. 

"Yonca əkməyi təklif etdi”

Mətanət Əhmədova bildirib ki, 4 noyabr 2014-cü ildə qonaq kimi onların evinə gəlib: "Orada qalan zaman Allahyar pay torpaq sahələrinin olmasını, birlikdə yonca əkməyi təklif etdi. Mənə qəsəbənin yaxınlığında olan boş torpaq sahəsini göstərdi və yonca əkininin gəlirli olduğunu dedi. Buna görə də məndən əlavə 2400 manat istədi. Evə qayıtdıqdan iki gün sonra Allahyarın dediyi şəxsə 2400 manat verdim. Allahyar həmin pulu aldığını dedi”. 

Zərərçəkmiş şəxsin sözlərinə görə, sonralar Allahyara 14 sentyabr 2013-cü ildə Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən poçtdan 200 manat, 8 dekabr 2013-cü ildə 1100 manat, 2013-cü ilin noyabr ayında Əmrah adlı şəxsdən 300 manat, 2014-cü ilin oktyabr ayının əvvəllərində 200 manat, 2014-cü ilin dekabr ayının əvvəllərində poçtdan 200 manat, ümumilikdə 7 aprel 2015-ci il tarixə kimi olan dövr ərzində 6650 manat nəğd pul göndərib. 

"Allahyar sonuncu dəfə cinsi əlaqədə olmağı təklif etdi”

Mətanət Əhmədova bildirib ki, 7 aprel 2015-ci ildə, saat 13.30 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsinə gəlib: "Allahyar məni avtomaşınla öz evlərinə apardı. Axşam saat 20.30 radələrində birlikdə axşam yeməyini yedik. Təxminən saat 22.00 radələrində Səmayə və uşaqları yatmağa getdi. Mənim üçün televizor olan otaqda yer salındı. Yatmağa getdikdən sonra Allahyarla televizora baxdıq və birlikdə söhbət etməyə başladıq. Söhbət zamanı Allahyar mənə sonuncu dəfə onunla cinsi əlaqədə olmağı təklif etdi”.

"Məni məhkəməyə verəcəyini bildirdi” 

Mətanət Əhmədova qeyd edib ki, saat 24 radələrində Allahyar evdə döşəmənin üzərində onun özünün razılığı ilə cinsi əlaqədə olan zaman həyat yoldaşı Səmayə həmin otağa gəlib və onları bir yerdə görüb: "Səmayə mənə "səni biabır edəcəm, sabah durub bununla birlikdə gedərsən” sözünü deyərək qonşu otağa keçdi. Allahyar Səmayəni sakitləşdirəcəyini dedi və onun arxasınca getdi, Səmayə onu qovaraq otaqdan çıxardı. Ertəsi gün saat 08 radələrində Allahyar mənə Səmayəyə pul verməyi təklif etdi. Mən isə ona pul təklif edə bilməyəcəyimi, ondan üzr istəyəcəyimi dedim. Bundan sonra Səmayədən üzr istədim. Lakin Səmayə üzrxaqlığım qəbul etmədi, məni məhkəməyə verəcəyini bildirdi. Biz birlikdə evdə söhbət edərkən Səmayədən polisə şikayət verməməsini xahiş etdim. Səmayə isə mənimlə razılaşmadı. Həmin vaxt Allahyar ona "bizi məhkəməyə verməmə, məhkəməyə verəcəyimiz pulu sənə verək” dedi. Səmayə isə "onda 5000 manat pul ver, səni rahat buraxım, onu da sənin uşağının xətrinə edirəm” dedi”. 

"Məni telefonla kameraya çəkdi”

Mətanət Əhmədova bildirib ki məcbur qalaraq Səmayə ilə razılaşıb: "Üç gün ərzində onlara 1000 manat, sonrakı iki ay ərzində isə hər ay 2000 manat göndərəcəyimə söz verdim. Səmayə heç kimə etibar etmədiyini, məni kameraya çəkəcəyini dedi. Bu zaman Səmayə telefonu mənə tərəf tutaraq kamerasını yandırdı və mənə "sizə olan 5000 manat borcumu 3 gün ərzində 1000 manat, may ayının 8-də 2000 manat, iyun ayının 8-də isə əlavə olaraq 2000 manat göndərəcəm” sözünü təkrar etməyimi istədi. Mən də Səmayənin dediklərini təkrar etdim. Səmayə isə məni telefonla kameraya çəkdi, lakin mənə göstərmədi”.

Mətanət Əhmədova qeyd edib ki, onlardan ayrılaraq Bakı şəhərinə qayıdıb: "Aprelin 11-də Allahyar mənə zəng edərək üç gün keçdiyini, nə üçün pulu göndərmədiyimi, Səmayənin əlində sübutunun olduğunu, telefonu otağa qoyaraq cinsi əlaqədə olmağımızın hamısını çəkdiyini dedi. Ayın 20-nə qədər məni gözləmələrini istədim,onlara 5000 manatı göndərəcəyimi bildirdim”. 

"Məni rahat buraxmayacağını dedi”

Mətanət Əhmədovanın sözlərinə görə, aprelin 20-də, səhər saatlarında Allahyar ona zəng edərək gecikdiyini, Səmayənin ona artıq inanmadığını deyib: "Allahyarın telefonu  ilə Səmayə ilə danışdım. Ona pul tapa bilmədiyimi, pulun gecikdiyini, may ayının 7-də pulun hamısını verəcəyini dedim. Lakin aprelin 30-da Səmayə mənim mobil telefonuma zəng edərək əsəbiləşdiyi üçün ərizə yazıb polisə verdiyini, Allahyarı tutub apardıqlarına and içdi.  Səmayə məni bundan sonra rahat buraxmayacağını dedi”. 

"Başa düşdüm ki, Allahyar məni oyuna salıb”

Mətanət Əhmədova qeyd edib ki, bu söhbətdən sonra Səmayə ona dəfələrlə zəng edərək niyə bu söhbəti uzatdığını, istəsə çəkilişləri telefonlara buraxacağını və onu biabır edəcəyini bildirib: "Sonradan başa düşdüm ki, Allahyar məni oyuna salıb, həyat yoldaşı Səmayə ilə razılaşaraq həmin oyunu qurub, məni də aldadaraq pulumu ələ keçirmək istəyiblər. Ona görə də ərizə ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdim. Mənə köməklik göstərilməsini xahiş etdim”.

Mətanət Əhmədova bildirib ki, mayın 14-də, saat 11.30 radələrində Ağcabədi şəhərinə gəlib və polis şöbəsində müvafiq sənədləşmə aparıldıqdan sonra özünə məxsus 1000 manat pulu Hindarx qəsəbəsində Allahyara verən zaman polis əməkdaşları ikincini saxlayıb və polis şöbəsinə gətiriblər: "Allahyar pulu məndən alanda elə güman etdi ki, 5000 manatdır”. /Teleqraf.com