Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Ülviyyə Mahmudova: "Kimsəni incitməməyə çalışıram"

17-06-2016, 14:57 Baxış: 607
Ülviyyə Mahmudova: "Kimsəni incitməməyə çalışıram"İftar üçün restoranların birinə yollanan "Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova "nargismagazine.az” saytına orucluğun müsbət tərəflərindən və vacibliyindən danışıb.
Tezis.az xəbər verir ki, Ülviyyə Mahmudova hər zaman oruc tutmağa çalışdığını söyləyib: "Etiraf edim ki, bunu ayın sonuna qədər yerinə yetirməyi bacarmamışam. Qızım dünyaya gələndən sonra orucun bütün tələblərini yerinə yetirməyə çalışıram. Ramazan insanları güclü edir. Eyni zamanda da birləşdirir: hər axşam iftar zamanı yaxın insanlar, ailə üzvləri, dostlar bir masa ətrafında əyləşir, orucunu açır. Bu gün həyatımızda bu cür hal çox nadir vaxtlarda baş verir.  Oruc bizi mehriban, bir-birinə qarşı diqqətcil edir. Bu ayda mənim üçün ən önəmlisi mərhəmətdir, kasıblara əl tutmaq, xeyriyyəçilik etmək lazımdır. Oruc tutarkən aclığı, susuzluğu hiss edirsən, oruc insanı həyatı daha dərindən dərk etməyə kömək edir, bununla da sahib olduğun hər şeyi qiymətləndirməyi, əlindəkilərə görə şükür etməyi bacarırsan. Həyatda heç kəsi incitməməyə, insanlara zərər verməməyə çalışıram – bu, mənim həyat fəlsəfəmdir. Bundan başqa sağlam qidalanmağın tərəfarıyam".
 
Ülviyyə Mahmudova: "Kimsəni incitməməyə çalışıram"
Ülviyyə Mahmudova: "Kimsəni incitməməyə çalışıram"