Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Eldar Mahmudov ölübmü?- Sabiq MTN-çilərin vəkilləri konkret bilgi vermir

17-06-2016, 17:42 Baxış: 932

Eldar Mahmudov ölübmü?- Sabiq MTN-çilərin vəkilləri konkret bilgi vermir 

Son iki gündə bəzi sosial şəbəkə istifadəçiləri və bir neçə aztirajlı saytlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov haqqında çeşidli xəbərlər yayırlar. Bu xəbərlərdə eks-nazirin halının pisləşdiyi, onun üstünüə təcili tibbi yardım çağırıldığı, hətta bir qədər də irəli gedərək öldüyü bildirilir. 
İddialarda son günlər qorxu-stress içində yaşayan Eldar Mahmudovun içkiyə qurşandığı və bunun nəticəsində qəfil ürəktutmasından vəfat etdiyi vurğulanır.

 Ancaq yayılan xəbərlər təsdiqlənmir. Tezis.az xəbər verir ki, Modern.az saytının əməkdaşı bununla bağlı Eldar Mahmudovun yaşadığı rayonun İcra Hakimiyyəti, Polis Şöbəsi, prokurorluq orqanı və digər müvafiq qurumlar, sabiq "MTN-çilər”in vəkilləri ilə əlaqə saxlamağa çalışıb. Lakin heç bir mənbə eks-nazir barədə dəqiq bilgi verə bilməyib...

Xatırladaq ki, Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri işləyib. Bu vəzifədə general-polkovnik rütbəsinədək yüksələn Mahmudov Prezidentin 17 oktyabr 2015-ci il tarixli sərəncamı ilə vəzifədən azad edilib.

Tezis.az