Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Kılıçdaroğludan Ərdoğana: "Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?"

28-06-2016, 17:19 Baxış: 937
Kılıçdaroğludan Ərdoğana: "Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?"
"Ərdoğan Türkiyə adından Putinə məktub göndərib, üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?”.
Tezis.az türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu deyib. 
Onun sözlərinə görə, ölkənin daimi mənafeləri var və xarici siyasət milli olmalıdır: "Amma bunlar xarici siyasət məsələlərindən daxili siyasətdə öz məqsədləri üçün istifadə edirlər. Ərdoğan Putinə məktub göndərib, Türkiyə Cümhuriyyəti adından üzr istəyib. Sən kimsən ki, Türkiyə adından üzr istəyirsən?! Rusiyadan üzr istəyə bilməzsən, buna haqqın yoxdur. Sərhədimizi kim pozdu? Ruslar. Ərdoğan "üzr istəməli olan tərəf Rusiyadır” demişdi. Aslan kimi kükrəyirdilər, indi isə pişik kimi miyoldayırlar”.