Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

NASA öz kosmonavtını Türkiyəyə gəlməyə qoymadı-SƏBƏB

3-07-2016, 14:46 Baxış: 525
NASA öz kosmonavtını Türkiyəyə gəlməyə qoymadı-SƏBƏB
İzmirdə yerləşən Kosmos Düşərgəsində keçiriləcək tədbirdə iştirakı gözlənilən kosmonavt Sunita Vilyam NASA icazə vermədiyi üçün Türkiyə səfərini ləğv edib.
Məlumatlara görə, kosmik boşluqda ən uzun müddət qalmaq qabiliyyətinə malik kosmonavt kimi tanınan ABŞ vətəndaşı Vilyam Türkiyədə keçiriləcək tədbirlərdə iştirak etməməsinin səbəbi NASA-nın onun təhükəsizliyindən əndişələnməsidir.
İki müxtəlif vaxtda həyata keçirdiyi kosmik uçuşlar zamanı toplam 50 saat 40 daqiqə kosmos boşluğunda qalmaqla bu sahədə rekord qıran kosmonavt Sunita Vilyams Türkiyədə 10-16 və 17-23 iyul tarixlərində təşkil ediləcək iki müxtəlif proqramda qonaq kimi iştirak edəcəkdi. Lakin yaxın günlərdə Türkiyədə baş verən terror hadisəsindən dolayı NASA Vilyamsın Türkiyə səfərinə icazə verməyib. Türkiyə Kosmos Düşərgəsinin səlahiyyətli nümayəndələri də bu barədə açıqlama verib:
"Son günlərdə ölkəmizdə baş verən qanlı hadisələr səbəbindən 10-16 və 17-23 iyul tarixlərində təşkil etdiyimiz tədbirdə iştirakı planlaşdırılan kosmonavt Sunita Vilyams bu gün NASA-dan aldığımız son məlumata görə, proqramımıza qatılmayacaq”.
İzmirdə yerləşən və uşaqların fasilələrlə qalaraq əcnəbi dostlar qazandığı, ən əsası kosmos haqqında yeni məlumatlar əldə etdiyi, Amerika Kosmik Məlumatlar Sərgi Komissiyasının lisenziyasına sahib kompleks Türkiyə Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və bölgədə yeganə kosmos düşərgəsidir. Onu da qeyd edək ki, NASA-nın 30 iyul-7 avqust tarixləri arasında İstanbulda baş tutacaq Kosmos Araşdırma Komitəsinin konfransına təhlükəsizlik səbəbindən heç bir nümayəndə göndərməyəcəyi də məlum olub.
Nigar CƏFƏRLİ / Tezis.az