Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

"Kurtlar Vadisi"nin yayımlanacağı kanal dəyişdi!

3-07-2016, 21:42 Baxış: 2 226
"Kurtlar Vadisi"nin yayımlanacağı kanal dəyişdi!
Serialın istehsalçısı Pana Film şirkəti Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində "Kurtlar Vadisi Pusu"nun artıq Kanal D-də yayımlanmayacağını bildirib.
Tezis.az xəbər verir ki, serial üzümüzə gələn mövsümdə tamaşaçılara başqa bir kanalda təqdim olunacaq.
Onuncu mövsümündə Kanal D ilə yollarını ayırdığı haqda rəsmi açıqlama verən heyət üzvləri serialın yayımlanacağı yeni kanalı hələ açıqlamayıb.
Əvvəllər də fərqli televiziya kanallarında tamaşaçıların qarşısına çıxan "Kurtlar Vadisi Pusu" təqdim olunduğu hər kanalda izlənmə rekordu qırmağı bacarır.
Nigar CƏFƏRLİ / Tezis.az