Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Emin Millinin saytı Azərbaycanı qondarma "erməni genosidi"ni tanımağa çağırdı- Ermənistan mediası tərif başladı!

20-07-2016, 10:53 Baxış: 1 518
Emin Millinin saytı Azərbaycanı qondarma "erməni genosidi"ni tanımağa çağırdı- Ermənistan mediası tərif başladı!
Ermənistanda türkcə yayınlanan "ermenihaber.am" saytı Emin Millinin rəhbəri olduğu media qurumundan yerdən- göyəcən razılıq edib. Erməni saytı ermənipərəst Meydan.tv portalının qondarma genosidlə bağlı yaydığı məqalə barədə oxucularını sevinc içində məlumatlandırıb.Emin Millinin saytı Azərbaycanı qondarma "erməni genosidi"ni tanımağa çağırdı- Ermənistan mediası tərif başladı!
Tezis.az "ermenihaber.am" saytındakı məlumatı təqdim edir: 
"Almaniyada fəaliyyət göstərən Azərbaycanlı "Meydan TV" saytı dünən nəşr etdiyi bir yazıda Azərbaycan iqtidarını tarixi həqiqəti qəbul etməməsinə və Erməni soyqırımını tanımamasına görə günahlandırıb.
"Türkiyəyə qarşı haqsızlıq" başlıqlı mətnin müəllifi Renata Axundova yazısında bu cümlələrə yer verib:
"Bugünkü Azərbaycanda prezident başda olmaq üzrə bütün vətəndaşlar Erməni soyqırımını inkar edir. Özlərini demokratiya mübarizləri sayan məşhur intellektuallardan və siyasətçilərdən heç kim Erməni soyqırımı haqqında "sözdəsiz" danışmır. Soyqırımı inkar edənlərin inadcıllığının təməlində Qarabağ problemi dayanır. Qarabağ ixitilafı üzündən azərbaycanlılar Ermənistanı ölkə, erməniləri isə millət olaraq qəbul etmirlər''.
Renata Axundova yazısında Azərbaycana tarixi həqiqəti qəbul edib Erməni soyqırımını tanımağa çağırıb".
Emin Millinin saytı Azərbaycanı qondarma "erməni genosidi"ni tanımağa çağırdı- Ermənistan mediası tərif başladı!
Şərh sizindir, əziz oxucular!