Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Misir parlamentində erməni layihəsi...

26-07-2016, 20:55 Baxış: 308
Misir parlamentində erməni layihəsi... 
Misir parlamenti qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini qəbul edə bilər.
Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, sənəd 337 deputatın imzası ilə ölkə parlamentinin sədri Əli Abdulala təqdim edilib.
Qanun layihəsində Osmanlı imperiyası dövründə, 1915-1922-ci illərdə erməni xalqına qarşı törədilənlərin "soyqırım” kimi tanınması tələb olunur. Ayrıca, sənəddə beynəlxalq ictimaiyyətə də oxşar çağırış edilib.
Misir parlamentində qanun layihəsinin qəbul olunması üçün səs çoxluğu vacibdir. Ölkə parlamentində 596 deputat var və onlardan 380 nəfəri Misir Prezidenti Əbdülfəttah Sisiyə yaxın "Misirə dəstək koalisiyası”nın üzvüdür.