Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Yuri Uşakov: "Türkiyə prezidenti Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib"

1-12-2016, 13:19 Baxış: 200

 

Yuri Uşakov: "Türkiyə prezidenti Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib" 

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə ötən gecəki telefon danışığı zamanı Bəşşar Əsədin devrilməsi ilə bağlı söylədiklərinə aydınlıq gətirib”.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalislərin sualını cavablandırarkən bildirib.

"Ancaq onu deyə bilərəm ki, Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb və bu mövzuya toxunublar. Bəli, Ərdoğan uyğun açıqlama verib”, - deyə Y.Uşakov vurğulayıb.

Qeyd edək ki, R.T.Ərdoğanla V.Putin arasında telefon danışığı olub. Dövlət başçıları Suriyadakı məsələni müzakirə ediblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüds uğrunda Parlamentarlar Liqasının Birinci İllik Konfransındakı çıxışında bildirmişdi: "Biz başqa məqsədlə deyil, dövlət terroru həyata keçirən zalım Bəşşar Əsədin hökmranlığına son qoymaq üçün Suriyaya girmişik”.