Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Kadırov: "Ramiz Mehdiyev mənə silah hədiyyə etdi"-VİDEO

25-05-2016, 15:50 Baxış: 1 280

Kadırov: "Ramiz Mehdiyev mənə silah hədiyyə etdi"-VİDEO

 

Xəbər verdiyimiz kimi, Çeçenistanda keçirilən beynəlxalq təhlükəsizlik toplantısında iştirak edən Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev respublikanın rəhbəri Ramzan Kadırovla görüşüb.

 

Tezis.az qafqazinfo-ya istinadən xəbər verir ki, Kadırov böyük önəm verdiyi görüşlə bağlı məlumat barəsində bunları bildirib:

 

"Ramiz Mehdiyev mənə Azərbaycan prezidenti İlham Əliyevin adından xüsusi hazırlanmış "Zəfər” silahı hədiyyə etdi. Hədiyyəni mən "Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdiyim xüsusi xidmətlər”imə görə aldım.

 

Mehdiyev mənə İlham Əliyevin Azərbaycana səfərlə bağlı dəvətini çatdırdı”.

 

Çeçenistan prezidenti, həmçinin Ramiz Mehdiyevlə görüşdə azərbaycanlıların çeçenlərə müsbət münasibətindən, bu münasibətin Heydər Əliyevin timsalında təzahüründən bəhs edib. Eyni zamanda, Ramiz Mehdiyev də Kadırovun atasına layiq olduğunu bildirərək, xalqlar arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.