Bakı 24° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$60.18
^
XƏBƏR LENTİ

Qazaxıstan prezidentinin Azərbaycana səfəri gələn ilin birinci yarısına planlaşdırılır

27-12-2016, 17:28 Baxış: 173
Qazaxıstan prezidentinin Azərbaycana səfəri gələn ilin birinci yarısına planlaşdırılır Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin gələn ilin birinci yarısında Azərbaycana səfər edəcəyi gözlənilir. "Report" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Azərbaycan-Qazaxıstan qeyri-formal dostluq qrupunun üzvləri ilə görüşündə bildirib. Səfirin sözlərinə görə, gələn il həmçinin Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının növbəti iclasının keçiriləcəyi və iki ölkənin dövlət qurumlarının bir sıra nümayəndələrinin səfərləri gözlənilir. B.İsabayev eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin EXPO-2017 sərgisinin açılışında iştirak etmək məqsədilə Astanaya səfər edəcəyinin gözlənildiyini də deyib. Xatırladaq ki, Nursultan Nazarbayevin Azərbaycana səfəri bu il oktyabrın 12-də baş tutmalı idi, lakin onun xəstələnməsi ilə əlaqədar səfər təxirə salınıb.