Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Ramzan Kadırov Stalini əbədilik lənətlədi

10-01-2017, 20:32 Baxış: 251

Ramzan Kadırov Stalini əbədilik lənətlədi Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Stalinin çeçenlərin Qazaxıstana və Orta Asiyaya deportasiyasını respublika tarixində ən faciəvi səhifələrdən biri adlandırıb. Virtualaz.org-un məlumatına görə, bu nöqteyi-nəzərini o, çeçen xalqının dövlət quruluşunun bərpası gününə həsr edilmiş yığıncaqda söyləyib. "İosif Stalin çeçenləri və başqa xalqları uçurumun kənarına gətirdi. Ona əbədi lənət olsun!" – deyə o 1944-cü il hadisələrini - Çeçen-İnquş MSSR-in ləğv olunması və onun əhalisinin Orta Asiyaya və Qazaxıstana sürgün edilməsi barədə SSRİ DMK-nın 5073 nömrəli qərarını xatırladaraq bildirib. Çeçen və inquş xalqlarının kütləvi deportasiyası 23 fevral 1944-cü ildə Stalinin göstərişi ilə həyata keçirilib. Rəsmi ittiham kimi onların faşist işğalçılarına kömək etdikləri göstərilmişdi. Çeçenlərin və inquşların öz vətənlərinə qayıtmalarına qoyulan qadağa 1957-ci ilin yanvarında götürüldü. R.Kadırov buna - ədaləti bərpa etdiyinə görə SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşova təşəkkürünü də bildirib. Onu da qeyd edək ki, R.Kadırov çıxışının videosunu bu gün Instagram-da yerləşdirib.