Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

İŞİD hücumu nəticəsində Suriyanın şimalında 5 türk əsgəri şəhid olub

20-01-2017, 18:13 Baxış: 239

İŞİD hücumu nəticəsində Suriyanın şimalında 5 türk əsgəri şəhid olub  Türkiyə Ordusunun Suriyanın şimalında İŞİD-ə qarşı keçirdiyi "Fərat Qalxanı” əməliyyatında iştirak edən 5 türk əsgəri şəhid olub. APA-nın verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. İŞİD terrorçularının hücumu nəticəsində daha 9 türk hərbçisinin yaralandığı bildirilib. Qeyd edək ki, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq "Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.