Bakı 23° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8753
  • RUB0.0264
  • NEFT$58.99
^
XƏBƏR LENTİ

Qənirə Paşayeva Montserratın spikeri ilə görüşdü

29-05-2016, 13:22 Baxış: 585
Qənirə Paşayeva Montserratın spikeri ilə görüşdü
Millət vəkili Q.Paşayeva Montserrat Qanunverici Assambleyasının sədri Shirley Osbourne MLA ilə görüşdə Qarabağdan danışıb.
Tezis.az xəbər verir ki, Azərbaycanın Montserrat ilə əlaqələrin və dostluğun inkişafına önəm verdiyini deyən millət vəkili Q.Paşayeva Montserrat Qanunverici Assambleyasının sədri Shirley Osbourne MLAya Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.
Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışıb və Montserrat Qanunverici Assambleyasının sədri Shirley Osbourne MLAya Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı məlumatlar verib. Millət vəkili Qənirə Paşayeva görüş zamanı Montserrat Qanunverici Assambleyasının sədri Shirley Osbourne MLAya 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə aərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.
O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.
Montrserratla Azərbaycanın qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.
Millət vəkili Qənirə Paşayeva Montserrat Qanunverici Assambleyasının sədri Shirley Osbourne MLAya Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib, Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar da hədiyyə edib.
Tezis.az