Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

İlham Əliyev SOCAR-ın binasının açılışında

30-05-2016, 14:10 Baxış: 360
İlham Əliyev SOCAR-ın binasının açılışında
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının açılışı olub.
Tezis.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib. Prezident binanın rəmzi açılışını bildirən lenti kəsib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına binada yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, hündürlüyü 200 metr olan bina 40 mərtəbədən ibarətdir. Binanın təməli 2010-cu il oktyabrın 12-də Azərbaycan Prezidentinin iştirakı ilə qoyulub. Burada işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb, bina ən müasir avadanlıqla təchiz edilib.
Sonda xatirə şəkli çəkdirilib.