Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Tramp Baş prokuroru işdən çıxardı

31-01-2017, 11:17 Baxış: 186

Tramp Baş prokuroru işdən çıxardı ABŞ prezidenti Donald Tramp Baş prokuror və Ədliyyə nazirinin səlahiyyətlərini icra edən Salli Yeytsi tutduğu postdan kənarlaşdırıb. AzVision.az xəbər verir ki, buna nazirin ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı əmrinə qarşı çıxması səbəb olub. Qeyd olunub ki, S.Yeyts Barak Obamanın dövründən bu vəzifədə olub. Hazırda Ədliyyə nazirliyinə müvəqqəti olaraq Virciniya ştatının prokuroru Dana Boente rəhbərlik edəcək. Eyni zamanda Vaşinqton ştatının baş prokuroru Bob Ferqüson prezident Donald Trampın qaçqınların qəbulunun dayandırılması və müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağan olunmasına dair fərmanları ilə bağlı iddia qaldıracaq.