Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

ABŞ Konqresinin sədri: “Rusiya ilə münasibətlərin yaxşılaşacağına şübhəm var”

9-02-2017, 11:22 Baxış: 115
ABŞ Konqresinin sədri: “Rusiya ilə münasibətlərin yaxşılaşacağına şübhəm var” ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Pol Rayan ölkəsi ilə Rusiya arasındakı fərqə diqqət çəkib və prezident Donald Trampın Rusiya ilə münasibətləri yaxşılaşdırmağa nail olacağına şübhə etdiyini bildirib. APA-nın xəbərinə görə, P. Rayan PBS televiziyasına müsahibəsində deyib ki, Amerika Birləşmiş Ştatları ilə Putin Rusiyası arasında çox böyük fərq var. O, prezident Donald Trampın Rusiyaya yanaşmasının sabiq prezidentlər Corc Buş (kiçik) və Barak Obamanın yanaşmasına oxşadığını söyləyib. P. Rayan B. Obamanın dövründə dövlət katibi Hillari Klintonun Rusiya ilə münasibətlərdə "reset” (yenidən yükləmə) siyasəti həyata keçirməyə cəhd göstərdiyini xatırladıb: "Mənə elə gəlir ki, bu gün prezidentin cəhdləri bundan əvvəlki iki prezidentin Rusiya ilə bağlı siyasətindən fərqlənmir. Mən düşünmürəm ki, hansısa nəticə əldə olunacaq. Prezidentlərin niyə belə hərəkət etdiyi məntiqlidir. Bəzi hallar var ki, Rusiya ilə maraqlarımız üst-üstə düşür, bəzi hallarda isə yox”. D. Trampın V. Putini müdafiə etməsi və iki ölkəni eyniləşdirməsi barədə suala cavab verən spiker qeyd edib ki, ABŞ və Rusiya arasında mənəvi ekvivalentlik yoxdur: "Mən belə yanaşma ilə razı deyiləm”. Xatırladaq ki, prezident Tramp "Fox TV”yə müsahibəsində aparıcı Bill O’Raylinin Putini qatil adlandırmasına belə reaksiya verib: "Bizim ölkəmizdə də qatil çoxdur. Siz düşünürsünüz ki, bizim ölkəmiz məsumdur?..”