Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Hərbi vəziyyət haqqında” sənəd 3-cü oxunuşda qəbul edildi

14-02-2017, 17:26 Baxış: 249
“Hərbi vəziyyət haqqında” sənəd 3-cü oxunuşda qəbul edildi

 

Milli Məclisin bu gün keçirilən iclasında "Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 
Hazırda qüvvədə olan qanun 1994-cü ildə qəbul edilib. 1994-cü ildə qəbul olunan qanun 17 maddədən ibarətdir. Hazırda təqdim olunan qanun layihəsi isə 5 fəsil, 27 maddədən ibarətdir. 
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsi haqqında məlumat verib.

Ziyafət Əsgərovun sözlərinə görə, layihə Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq hazırlanıb. 
Belə ki, Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir. 
Həmçinin layihədə hərbi vəziyyətin elan oluması haqqında Prezidentin fərmanının təsdiq edilməsi, səfərbərlik elan olunması məsələləri öz əksini tapıb. Layihənin 3-cü maddəsində isə hərbi vəziyyətin elan olunmasının səbəbləri açıqlanıb. Layihənin birinci fəslindəki 6-cı maddə də olduqca vacibdir: 
"Hərbi vəziyyətin elan olunması haqqında fərman iki halda Milli Məclisdə təsdiq oluna bilər. Fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilib. Hərbi vəziyyətin elan edilməsindən sonra onun 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və sessiyasının olub-olmamasından asılı olmayaraq, 48 saat müddətində buna baxılaraq qərar qəbul edilməsi göstərilib.