Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi

1-06-2016, 16:20 Baxış: 1 610
Ramil Usubov vəhhabilərin yaraladığı polisi rəis təyin etdi 
Daxili işlər orqanlarında yeni təyinat olub.
Tezis.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnikRamil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən Qusar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni təyinat xəbərini təsdiqləyiblər.
Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.
Onu da qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.