Bakı 32° C Temperatur

71

6m/s

  • USD1.7000
  • EUR2,0706
  • RUB0,236
  • NEFT$72,25
^
XƏBƏR LENTİ

“Xocalı soyqırımı Sərkisyanın vicdanında qara ləkədir”

24-02-2017, 16:25 Baxış: 356

 

“Xocalı soyqırımı Sərkisyanın vicdanında qara ləkədir”

ATƏT Parlament Assambleyasının bu gün keçirilən Siyasi məsələlər və Təhlükəsizlik komitəsinin iclasında "ATƏT regionunda transmilli terrorçuluq” mövzusunda xüsusi debatda  Milli Məclisin deputatı Tahir Mirkişili də çıxış edib. 

Deputat çıxışı zamanı Azərbaycanın Ermənistan tərəfindən daim terrora məruz qalmasını, ərazilərin işğal edilməsini və 1 milyondan çox insanın məcburi köçkünə çevrilməsini  iştirakçıların diqqətinə çatdırıb. 

"Terrorçuluq Ermənistanın dövlət siyasətidir. 1992-ci ilin 26 fevralında Azərbaycan şəhəri olan Xocalının məhv edilməsi, 600-dən çox dinc sakin, qadın və uşaqların qətlə yetirilməsi indi Ermənistan rəhrbərliyi, xüsusən də bunu özü etiraf edən Ermənistan prezidenti Sərkisyan tərəfində törədilib. Xocalı qoyqırımı Ermənistan prezidentinin vicdanında  böyük bir qara ləkədir!”. 

 Deputat həmçinin,  hər kəsi Ermənistana təzyiq etməyə və Ermənistana müvafiq sanksiyaların tətbiqinə çağırıb. Ermənistanın beynəlxalq terrorçuları öz silahlı qüvvələrinə cəlb etdiyini və terrorçulara Ermənistanda qəhrəman kimi heykəl qoyulduğunu diqqətə çatdırıb.  ATƏT regionunda təhlükəsizliyin bərpa olunması üçün belə işğalçı ölkələrin "müalicə” olunmasının vacibliyini vurğulayıb.