Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Putin tayqada gecələdi

2-03-2017, 18:27 Baxış: 175
Putin tayqada gecələdi Rusiya prezidenti Vladimir Putin gecəni tayqada keçirib. Virtualaz.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. "O, ötən gün tayqada gecələyib, bu gecə də qalandan sonra qrafikə uyğun olaraq Moskvaya qayıdacaq”, - deyə Peskov qeyd edib. Mətbuat katibin sözlərinə görə, dövlət başçısı Krasnoyarskda keçirdiyi işgüzar görüşdən sonra təbiət qoynunda dincəlməklə bağlı qərar verib. O, tayqada rus idmançılarla Universiadanın nəticələrini müzakirə edib, həmçinin dopinqlə bağlı bəyanat verib. Xatırladaq ki, 2014-cü ildə V. Putin tayqa meşəsində özünün 62 illik yubileyini keçirib. Dövlət başçısı deyib həmin gün dağlarda təxminən 9 kilometrə qədər gəzdiyini bildirmişdi.