Bakı 33° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.9186
  • RUB0.0265
  • NEFT$63.86
^
XƏBƏR LENTİ

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ürək Mərkəzi"nin açılışında iştirak ediblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva "Ürək Mərkəzi"nin açılışında iştirak ediblər Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində "Ürək Mərkəzi”nin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış oldular. Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşdülər.