Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Zahid Oruc Ombudsmanın məruzəsini tənqid etdi

7-03-2017, 13:58 Baxış: 229

Zahid Oruc Ombudsmanın məruzəsini tənqid etdi

İlk dəfə idi ki, bu cür şablon, terminlərlə dolu olan, sovet üslubu tipində məruzə ilə qarşılaşırdım.

Bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu, tərif sənədi olmamalıdır: "Biz Milli Məclisdən çıxanda müxtəlif narazı insanlarla qarşılaşırıq. Dövlət Təhlükəsizliyi Xidəmtinin rəisi Mədət Quliyev çıxışlarının birində bildirdi ki, 900 Azərbaycan vətəndaşı terror təşkilatına qoşulub. Bunlar deyilməlidir. İllik Məruzədə bunlar əksini tapmalı idi. Bundan başqa, kredit borcu olan insanların problemi bu sənəddə əksini tapmayıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin etdikləri ilə bağlı nüanslara toxunmaq lazım idi. Bunların deyilməməsi millətin, dövlətin xeyrinə deyil”.

Z.Oruc qeyd edib ki, deputatlar sadə xalqın səsini ifadə etməlidirlər: "Biz tənqid edirik, vəzifədən çıxara bilməsək də, müəyyən qədər təsiri olur”.