Bakı 18° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8961
  • RUB0.0267
  • NEFT$59.54
^
XƏBƏR LENTİ

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

7-03-2017, 15:51 Baxış: 262
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

 

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu göndərib. 

Təbrikdə deyilir: 
"Hörmətli Mehriban Arif qızı. 

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. 

Qadınlar bütün dövrlərdə ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olub, sevgi və sədaqəti, qəlbin hərarətini və ümidləri təcəssüm ediblər. 

Sizin həyatınızda işıqlı və sevincli günlərin mümkün qədər çox olmasını, işlərinizin və təşəbbüslərinizin həmişə uğurla nəticələnməsini ürəkdən arzu edirəm. 

Sizə möhkəm cansağlığı, uğurlar və firavanlıq diləyirəm".