Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Milli Məclisin bugünkü iclasının ikinci hissəsi təxirə salındı

7-03-2017, 16:17 Baxış: 191

 

Milli Məclisin bugünkü iclasının ikinci hissəsi təxirə salındı

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən plenar iclasının ikinci hissəsi "8 Mart- Beynəlxalq Qadınlar Günü" münasibətilə təxirə salınıb.

İclasın davamı martın 10-da keçiriləcək.

Qeyd edək ki, bugünkü iclasın gündəliyinə 13 məsələ daxil edilsə də, onlardan yalnız 5-i qəbul edilib.

Bunlar Milli Məclisi komitəsinin üzvünün seçilməsi, A.S.Quliyevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi, V.Ə.Xubanovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi, A.Q.Babayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvü təyin edilməsi, Azərbaycan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsidir.