Bakı 23° C Temperatur

83

5m/s

  • USD1.7000
  • EUR1.9216
  • RUB0.0265
  • NEFT$72.49
^
XƏBƏR LENTİ

Nazarbayev Şəhidlər Xiyabanında

3-04-2017, 10:36 Baxış: 212
Nazarbayev Şəhidlər Xiyabanında

Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını ziyarət edib.

Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.