Bakı 35° C Temperatur

73

5m/s

  • USD1.7000
  • EUR1.8933
  • RUB0.0268
  • NEFT$64.18
^
XƏBƏR LENTİ

Tramp Putinə zəng elədi

4-04-2017, 10:31 Baxış: 302
Tramp Putinə zəng elədi ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə, Rusiyanın Sankt-Peterburq şəhərində terror aktı ilə əlaqədar başsağlığı vermək üçün zəng edib. Trend-in verdiyi xəbər görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, dövlət başçıları terrorizmlə birgə mübarizə aparmağın zəruri olduğu haqda ümumi fikir bildiriblər. Peskov deyib: "Donald Tramp Vladimir Putinlə telefon danışığında Sankt-Peterburq metrosunda törədilən dəhşətli terror aktı nəticəsində həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə başsağlığı verib və Rusiya xalqına dəstək sözlərini çatdırmağı Rusiya prezidentindən xahiş edib". Peskov əlavə edib ki, Putin göstərilən həmrəyliyə görə amerikalı həmkarına öz təşəkkürünü bildirib.