Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Azay Quliyev: ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir

18-04-2017, 11:09 Baxış: 209
Azay Quliyev: ATƏT PA Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir ATƏT Parlament Assambleyası Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir.

Bunu ATƏT Parlament Assambleyasının sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev jurnalistlərə deyib.

A.Quliyev qeyd edib ki, ATƏT PA-da münaqişələrlə bağlı mühüm sənədlər qəbul olunub: "Lakin biz düşünürük ki, bununla bağlı konkret addımlar, qərarlar lazımdır. ATƏT PA ATƏT-in bu istiqamətdə fəaliyyətini təftiş etməli, Minsk qrupunun həmsədrlərindən hesabat tələb etməlidir".

O əlavə edib ki, həmsədrlərdən münaqişənin niyə hələ də həll olunmamasını, niyə hələ də təmas xəttində mülki insanların, Azərbaycan əsgərlərinin həlak olduqlarını soruşmaq lazımdır:

"Ona görə də mən məsələ qoydum ki, Minsk qrupunun həmsədrlərindən biri ATƏT PA-nın növbəti sessiyalarının birinə dəvət olunsun və hesabat versin. Biz həm də ATƏT-in Minsk qrupu ölkələrinin parlament üzvlərinin görüşünün keçirilməsini planlaşdırırıq və bu toplantıda münaqişənin nizamlanmasını müzakirə edəcəyik".