Bakı 25° C Temperatur

63

5m/s

  • USD1.7000
  • EUR1.8746
  • RUB0.0259
  • NEFT$63.18
^
XƏBƏR LENTİ

5 rayon qayıtmalıdır, digər 2 rayon və Qarabağ... - Duqin

2-05-2017, 20:00 Baxış: 200
5 rayon qayıtmalıdır, digər 2 rayon və Qarabağ... - Duqin
Rusiya və Azərbaycan arasında münasibətlər ən yüksək nöqtədədir.

Bunu jurnalistlərə rusiyalı politoloq, sosioloq və filosof, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin deyib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə əməkdaşlığı bir çox iqtisadi, siyasi, nəqliyyat və geosiyasi problemləri həll edə bilər.

Ekspert bildirib ki, "Şimal-Cənub” nəqliyyat dəhlizi iki ölkənin münasibətlərində böyük addım olacaq: "Azərbaycanın Avrasiya İnkişaf Bankında mümkün iştirakı da regional valyuta çoxqütblülüyü istiqamətində dəyişikliyə yol aça bilər”.

Politoloq qeyd edib ki, Rusiya Ermənistanın müttəfiqi olsa da, bu o demək deyil ki, Azərbaycanın düşmənidir: "Rusiya öz maraqlarına uyğun hərəkət edir”.

23:39

Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması ən vacib arqumentdir.

Virtual.org bildirir ki, bunu Azərbaycanda səfərdə olan rusiyalı filosof və politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələdə ən vacibi odur ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

"Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanınması - çox ciddi məsələdir", - Duqin deyib.

Politoloqun sözlərinə görə, əgər tərəflər işğal edilmiş beş rayonun tezliklə Azərbaycana qatarılması ilə bağlı razılığa gəlsələr, bu, Rusiya-Azərbaycan əməkdaşlığında çox vacib məqam olacaq.

"Qarabağın özü və qalan iki rayonla bağlı vəziyyət isə daha mürəkkəbdir və daha çox vaxt tələb edə bilər", - politoloq vurğulayıb.